fbpx

​Qırğızıstanlı statuslu xanım Guzya İslamova Azərbaycanda təltif olundu

BEY.AZ informasiya agentliyi xəbər verir



Bəşəriyyətin formalaşması və inkişafında qadınların önəmli rolu var. Qadınların inkişafı cəmiyyətin inkişafı deməkdir. Qırğızıstanın statusu və nüfuzu ilə seçilən xanımlarından biri də blogger, aktrisa, model kimi fəaliyyət göstərən Guzya İslamovadır.

1998-ci ildə Bişkekdə anadan olan sevilən sima, hər zaman uğurlu fəaliyyəti ilə ön plana çıxıb. Vitse Miss Qırğızıstan 2017 müsabiqəsinin qalibi olan gənc xanım, çoxsaylı iştirakçıların arasından seçilir. Gözəlliyi və istetdadı kəşf edildikdən sonra filmlərə çəkilmək üçün təkliflər alır və 4 layihədə iştirak edir.

Bütün bunlarla yanaşı səyahət onun əvəzolunmaz fəaliyyət sahələrindən biridir. Son illərdə onun səyahət bloqlarının populyarlığı xüsusən artmağa başlayıb. Bu günə qədər 7 ölkəyə səyahət edən Guzya İslamova gələcəkdə tamhüquqlu səyahətçi blogger olaraq, bütün dünyanı dolaşmaq istəyir.

Guzya İslamova, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Successful İnfluencer of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Qırğızıstanlı #statuslu #xanım #Guzya #İslamova #Azərbaycanda #təltif #olundu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu