fbpx

Qohumu gizlətdi, nazirlik açıqladı – Vəzifəli şəxsin ÖLÜM SƏBƏBİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin rəis müavini Şahin Almas oğlu Xasıyev 41 yaşında dünyasını dəyişib. Rəis müavininin qəfil ölüm səbəbi barədə Nazirlik heç bir açıqlama verməyib.

Metbuat.az “Bizim.media”ya istinadən bildirir ki, mərhumun adının açıqlanmasını istəməyən yaxın qohumu rəis müavininin Rusiyanın Kazan şəhərində olarkən dünyasını dəyişdiyini deyib. Ölüm və Kazana getmə səbəbini isə mərhumun qohumu söyləmədi:

“Yaxşı olar ki, bunu Nazirlikdən soruşasınız”.

Rüya tabirlerini burdan oku

Nazirlikdən isə sorğumuza cavab olaraq bildirildi ki, Şahin Xasıyev 01 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixinədək əmək məzuniyyətində olub:

“Kazan şəhərində keçirilən tədbirə təşkilatçıların dəvəti əsasında şəxsi təşəbbüsü ilə müstəqil ekspert qismində iştirak edib. Şahin Xasıyev Kazanda olarkən ürəktutmasından vəfat edib”.

Qeyd edək ki, Şahin Xasıyev xeyli müddətdir ki, Səhiyyə Nazirliyində işləyirmiş. O sabiq nazir Oqtay Şirəliyevin yaxın kadrı sayılırdı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qohumu #gizlətdi #nazirlik #açıqladı #Vəzifəli #şəxsin #ÖLÜM #SƏBƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu