fbpx

Qondarma rejimin yeni “başçısı” kimdir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Qarabadakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan istefa verib. Onun yerinə isə Samvel Şahramanyan gətirilib.

Metbuat.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, o, Qarabağdakı separatçı dəstənin “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.

İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib. 2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.

2018-ci il iyulun 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyanın “sədri” təyin edilib.

29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qondarma #rejimin #yeni #başçısı #kimdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu