Qonşu ölkədə 4,6 bal gücündə zəlzələ baş verdi
Rusiyanın Kamçatka diyarında 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 116 km məsafədə yerləşib, yeraltı təkanların dərinliyi isə 26 km təşkil edib.
Bildirilib ki, zəlzələ ərazidə 1-2 bal gücündə hiss olunub, ciddi ziyan və ya dağıntı barədə məlumat yoxdur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |