fbpx
Xəbərlər

Quba, Qax, Lerik və Göygöldə kömür quyuları aşkar edilib

BEY.AZ informasiya agentliyi xəbər verir



Quba, Qax, Lerik və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Bu barədə Metbuat.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Tülər kənd sakini Nemət Dadaşov, Gültəpə kənd sakini Taleh Zülfüqarov, Qax rayonu Lələpaşa kənd sakinləri Yusif və Anar Əliyevlər, Lerik rayonu Daster kənd sakini Mirkazım Əzizov, Göygöl rayonu Toğanalı kənd sakinləri Şöhrət Ocaqverdiyev və Həsən Həsənov olduğu müəyyən edilib:

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Quba #Qax #Lerik #və #Göygöldə #kömür #quyuları #aşkar #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu