fbpx

“Qudurğanlıq kasıba, varlıya baxmır” – Deputat

BEY.AZ informasiya agentliyi xəbər verir


“Məmurun hərəkəti hansı səbəbdən olursa-olsun həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Qınayanlara da haqq qazandırıram”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülərlə bağlı bildirib.

“Məmurun hərəkəti hansı səbəbdən olursa-olsun həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Qınayanlara da haqq qazandırıram. Ancaq diqqət yetirirəm bəzi profillərə, bunlar təkcə yekəxanaları, insanlara qarşı sayğısız davrananları söymürlər. Öz ideoloji baxışlarına uyğun gəlməyənləri də söyürlər, qınayırlar. Tutaq ki, fikir deyirsən, indiki təhsil modeli ilə yanaşı ayrıca özəl qızlar məktəbi açılsa yaxşı olar. Yəni təhsil almayan qız övladı qalmaz. Adam razılaşıb-razılaşmamaq haqqına sahibdir, ancaq bu fikrə görə də təhqir yazır. Yəni demək istəyirəm ki, qudurğanlıq, tərbiyəsizlik kasıba, varlıya baxmır. İnanın ki, elə yoxsul tanıyıram ki, yaxşı ki, əlinə pul düşməyib, bütün çevrəsini narkoman edərdi. Bir də minlərlə xeyriyyə işi görən varlıları da yada salın. Yəni bölgünü varlı-kasıb üzərindən aparsanız yanlış nəticəyə vararsınız. İki kateqoriya insan var: sağlam düşüncəli və xəstə düşüncəli. Bir çox hallarda insan naqisliyini, yaxud da comərdliyini üzə çıxaracaq mühit olmur. Hər bir halda cəmiyyətimizdə insanların bir-birinə qarşı aqressiyasının azalması çox vacibdir. Milli auramızı hədsiz toz-tozanaqlı göstərir”, – deyə o vurğulayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin