fbpx

Qurani-Kərimi yandırmağı Isveç höküməti təşkil edir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün İsveçin paytaxtı Stokholmda növbəti dəfə Qurani Kərim yandırılıb.

Bu dəfə də müqəddəs kitabı İsveçdə yaşayan iraqlı qaçqın Salvan Momika dostu ilə birgə yandırıb. Salvan Momika son iki ayda üçüncü dəfədir ki, Qurani-Kərimi yandırır, müqəddəs kitaba qarşı təhqiramiz hərəkətlər edir.

Metbuat.az xbər verir ki, sözügedən hadisə ilə bağlı politoloq Yeganə Hacıyeva bildirib ki, Qurani-Kərimi yandırmağı İsveç höküməti özü təşkil edir.

“isveç höküməti yandıranı mühafizə edir, söndürmək istəyəni həbs edir. Ölkə daxilində pkk ilə əlaqədar nufuzlu siyasi qruplar var. Hesab edirəm ki, seçki ili öncəsi nu onların sifarişidir.

Amma bu dəfəki aksiya bir az da iz azdırmaq niyyəti güdürdü. Çünki bundan öncə təxribat həmişə Türkiyə səfirliyi önündə edilirdi, bu dəfə İranın səfirliyinin önündə olub.

Çünki mediada Momikanın İrakdakı İrana bağlı şiə qruplarının Avropadakı “legioneri” olması haqqında məlumatlar, şəkillər və s. “sızmalar” var idi “,- deyə politoloq Yeganə Hacıyeva Qurana qarşı edilən təxribata münasibət bildirərkən deyib.

Qeyd edək ki, təxribatdan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momika və Nəcimi 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 150 polis müşayiət etmişdi.

Son vaxtlar İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşsə də, bu təxribatlara yol verilməsi yerli əhali tərəfindən sərt reaksiya ilə qarşılanır.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#QuraniKərimi #yandırmağı #Isveç #höküməti #təşkil #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu