fbpx
Xəbərlər

Qurban Qurbanov ən titullu məşqçilərin SİYAHISINDA

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov postsovet məkanı klublarında ən çox çempionluq yaşayan mütəxəssislərin reytinq siyahısına düşüb.

Metbuat.az xəbər verir ki, “Qarabağ”la 7 dəfə çempion olan mütəxəssis keçmiş SSRİ-də 4-cüdür.

O, “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukla şərikdir. 8-ci çempionluğun bir addımlığında olan Qurbanov rusiyalı Oleq Romantsevə də çatacaq.

Siyahıya latviyalı Aleksandr Starkov başçılıq edir. Vaxtilə “Bakı”ya da rəhbərlik etmiş 67 yaşlı mütəxəssisin 12 çempionluğu var. İkinci sırada rumıniyalı Mirça Luçeskudur (9).

Aleksandr Starkov (Latviya) – 12
Mirça Luçesku (Rumıniya) – 9
Oleq Romantsev (Rusiya) – 8
Qurban Qurbanov (Azərbaycan) – 7
Roman Qriqorçuk (Ukrayna) – 7
Viktor Qonçarenko (Belarus) – 6
David Kipiani (Gürcüstan) – 5
Yuri Sarkisyan (Ermənistan) – 5
Valdas Urbonas (Litva) – 5
Vardan Minasyan (Ermənistan) – 5



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu