fbpx

Qurban Qurbanov “Olimpiakos”la heç-heçəni ŞƏRH ETDİ: “Gərginlik var idi, çünki…”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda “Olimpiakos”la qarşılaşıb.

Metbuat.az xəbər verir ki, qolsuz heç-heçə (0:0) başa çatandan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlama verərək matçı belə dəyərləndirib:

“Oyun pis alınmalı idi. Yaxşı komandaya qarşı oynadıq. Gərginlik var idi, çünki uduzmamalıydıq. Rəqibi yaxın buraxmaq olmazdı. Hiss olunurdu ki, “Olimpiakos” oyuna yaxşı hazırlaşıb. Aktiv, mobil idilər. Kadinin zədələnməsi planımıza təsirsiz ötüşmədi. Birinci hissədən sonra da ayağında ağrı var idi. Belə də əvəzləməli olduq.

Qrupdakı vəziyyətə gəlincə, sona yaxınlaşdıqca gərginlik artır. “Nant”ın hələ də şansı qalır. Bizimlə öz meydanlarında oynayacaqlar. Onlarla oyunda soyuqqanlı olmalıyıq. Vaxt var və hazırlaşacağıq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin