fbpx

Qurbanov etiraf etdi: “Problemlər var”

BEY.AZ informasiya agentliyi xəbər verir


Hər komandada müəyyən müddət sıxıntılar, çatışmazlıqlar olur. Həmin dönəmlərdə ayaqüstə qalmağa çalışmalıyıq. İndi də sanki o anları yaşayırıq. Həm zədələr, həm də Kadinin getməsi… Problemlər var. Bu dönəmdə düzgün və ağıllı olub, ayaqüstə qalmalıyıq”.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis kluba yeni futbolçu transfer etmək niyyətində olduqlarını da bildirib.

O, qapıçı Şahruddin Məhəmmədəliyevin və müdafiəçi Abbas Hüseynovun zədələnməsindən sonra transfer bazarında ciddi axtarışlar apardıqlarını deyib: “Ciddi axtarışlar gedir. Sanki fikrimizi başqa yerə yönəltmişdik, indi başqa yerə. Birdən belə ciddi itkilərə hazır deyildik. Çalışacağıq, azından transfer dönəmi bağlanana qədər nəsə edək. Hələ ki, əlimizdəki oyunçularla davam edirik”.

Mütəxəssis yarımmüdafiəçi Qaspar Panaderonun əvəzedici komandaya göndərilməsinə də toxunub. O, futbolçunun əsas komandaya qayıtmayacağını bildirib: “Qasparın klubla müqaviləsi var. Lazım olanı edəcəyik. Əsas komandada olmayacaq. Bunu özünə bildirmişik. İstəyən olsa, onu təmənnasız göndərməyə razıyıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qurbanov #etiraf #etdi #Problemlər #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu