fbpx

Qurbanov mövsümdəki ilk məğlubiyyətdən danışdı: “Bu, faydalı olacaq”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Murad Musayevi, “Sabah”ı təbrik edirəm. Vacib və yaxşı qələbə qazandılar. Standart vəziyyətlərdən qol buraxdıq. Baxmayaraq ki, bu haqda futbolçulara məlumatlar verilmişdi”.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda bu gün səfərdə “Sabah”la keçirilən oyundan (1:2) sonra mətbuat konfransında deyib.

O, mövsümün ilk məğlubiyyətini belə şərh edib: “Hardasa səhvlər buraxdıq, bəsit qollar oldu. İkinci qol həddindən artıq tez vuruldu. Qapıya yaxın olmayan yerdə cərimə zərbəsi və qol. “Sabah” qələbəyə layiq idi. Futbolçulara etiraz etmək düşüncəsində deyiləm. Bir ildən çox idi uduzmurduq, məğlubiyyət gözlənilən idi. Bu məğlubiyyətin faydalı olacağını düşünürəm. Bundan sonra daha ciddi yanaşacağıq. Qalib gəliblərsə, deməli haqqlarıdır. Yaxşı qol şanslarımız oldu. Başqa fikir bildirməyəcəm. Layiq idilər”.

Q.Qurbanov hücumçularının qol epizodlarından yararlana bilməməsi haqda da danışıb: “Futbol elədir ki, hər epizodu qola çevirmək olmur. Bəzən qapıçı yaxşı oynayır, bəzən bəxt gətirmir. Asan epizodlar deyildi.

Baş məşqçi Filip Ozobiçin oynamamasının səbəbi haqda deyib: “Səbəb yoxdur, heyət komplektləşib. Andrade özünü pis tərəfdən göstərmir. Ozobiç də oynayacaq. Qarşıdakı oyunlarda şansı olacaq”.

Q.Qurbanov bir müddətdir zədə səbəbindən meydana çıxmayan qapıçı Şahruddin Məhəmmədəliyevin durumu ilə bağlı da məlumat verib: “Tam sağalıb. Ola bilər, daha bir neçə oyun olmasın. Birdən-birə belə matçlara çıxmağı risk olar. Daha çox vaxt qazanmaq istəyirik. Hər şey yaxşılığa doğru gedir. Məşqlərdə tam iştirak edir. Qarşıdakı oyunlarda vəziyyətə baxacağıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qurbanov #mövsümdəki #ilk #məğlubiyyətdən #danışdı #faydalı #olacaq

Bir Cevap Yazın

Başa dön tuşu