fbpx

“Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunur və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir. Tapşırıqların icrası ilə bağlı komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.

Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Komanda-qərargah təlimlərində qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu