fbpx

“Rəqibə şans verməməyə çalışacağıq” – Emin Mahmudov

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Bizi iddialı komandaya qarşı çətin oyun gözləyir. Meydanda rəqibə şans verməməyə çalışacağıq”.

BEY.AZ xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov “Avro 2024”ün seçmə mərhələsində evdə Avstriya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi əsas məqsədin qələbə qazanmaq olduğunu bildirərək qeyd edib: “Avstriya güclü rəqibdir. Onlar intensiv futbol oynayırlar. Biz də öz növbəmizdə yaxşı nəticələrin davamını gətirmək istəyirik. Çox sıx oynamaqla bir-birimizə yaxın olmalıyıq. Çünki rəqib yaxşı top saxlayır. Çalışmalıyıq ki, arxada top itirməyək. Sabah yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Rəqibə #şans #verməməyə #çalışacağıq #Emin #Mahmudov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu