fbpx

“Rəqibə böyük hədiyyə elədik” – Neftçinin baş məşqçisi DANIŞDI

BEY.AZ informasiya agentliyi xəbər verir


“Oyuna çox pis başladıq. Rəqibə böyük hədiyyə elədik. Bu cür penalti yolverilməzdir”.

Metbuat.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları Premyer Liqanın XIX tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis buraxılan ikinci qolun yolverilməz olduğunu deyib: “Ondan sonra dönüş etmək çətin oldu. Kiçik şansımız oldu, bundan da yararlana bilmədik. Ondan sonra da oyun bizim üçün bitmişdi. Bu gün bizim günümüz olmadı. Təlim-məşq toplanışı dövründə zədə ilə bağlı problemlərimiz oldu. Bir növ bəxtsizlik yaşadıq. Zədəlilərimizin tezliklə komandaya qayıtmalarına çalışırıq. Həmçinin, yeni gələnlərin tez uyğunlaşmalarını istəyirik. Onlar komandaya gec qoşuldular. Komandada bu cür oyunçuların olmasına çox sevinirəm”.

O, qarşıdakı günlərdə daha bir transfer edəcəklərini söyləyib: “Güclü heyət qurmağa çalışırıq. Məqsədimiz kuboku qazanmaq və yayda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olacaq”.

48 yaşlı məşqçi matçın baş hakimi Əliyar Ağayevi Azərbaycanın ən güclü referisi hesab edib: “Məşqçi kimi aqressiv olursan, bəzən komandanın xeyrinə qərar istəyirsən. Hakimlik yaxşı idi”.

Regekampf əsas rəqibləri “Sabah” və “Qarabağ”la oyunlardakı məğlubiyyətlərlə bağlı sualı belə cavablandırıb: “Güclü olmaq üçün əziyyət çəkməlisən. “Qarabağ” da ilk illərində heyətin formalaşması üçün çalışdı. Bizə də vaxt lazımdır. Ötənilki “Sabah”la builki “Sabah” arasında da böyük fərq var. Onları məğlub etmək üçün çox yaxşı olmalısan. Rəqiblə bir matçımız qalıb. Həmin görüşə də hazır olmalıyıq”.

Baş məşqçi Qodsvey Donyo və Yusuf Lavalın komandadan ayrılmasına da münasibət bildirib: “Lavalın müqaviləsinin sonuna 6 ay vaxt qalmışdı. Sözləşməsini yeniləmək istədik, qəbul etmədi. Toplanış zamanı bunu bacaracağımızı düşünürdük. Amma artıq Portuqaliya klubu ilə anlaşmışdı. Eyni hal Qodsvey Donyoda da baş verdi. Komandasını dəyişmək istədi. Onu məcbur saxlaya bilməzdik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rəqibə #böyük #hədiyyə #elədik #Neftçinin #baş #məşqçisi #DANIŞDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu