fbpx
Xəbərlər

“Rəsmi Bakı hazırkı vəziyyətə baxışını ətraflı izah edib”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycanlı nazir rəsmi Bakının hazırkı vəziyyətə baxışını ətraflı izah edib“.

Metbuat.az-ın “Report”a istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, əgər Ermənistan xarici işlər naziri Mirzoyan razılaşmaya riayət edərək iştirakını təsdiqləsəydi, o da eyni imkana malik olardı və bu halda dünya ictimaiyyəti özü nəticə çıxara bilərdi.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti qaçırıb: “Hər dəfə hər hansı hadisədən sonra tərəflərdən biri danışıqlar raundunda iştirakdan imtina edərsə, münaqişələr daha uzun müddət davam edəcək. Bu, heç vaxt heç kimə xeyir gətirməyib. Ermənistanlı həmkarımız öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq fürsətini əldən verdi”.

Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rəsmi #Bakı #hazırkı #vəziyyətə #baxışını #ətraflı #izah #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu