fbpx

Ramil Şeydayev “Qarabağ”ı bu kluba dəyişir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda indiki klubundan ayrılmağa yaxındır.

Düzdür, sözügedən oyunçu yeni müqavilə təklifinə hələ də cavab vermədiyi Ağdam təmsilçisində qalmağa da qərar verə bilər. Ancaq Rusiyanın iki elita klubunun maraqlandığı Şeydayevin Azərbaycanı tərk etmədən iş yerini dəyişmək ehtimalı da böyükdür.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, onu “Neftçi” də rənglərinə bağlamaqda israrlıdır.

Cari mövsüm hədəflərindən uzaq görünən bakılıların əsas məqsədi heyətdəki səviyyəli yerlilərin sayını artırmaqdır. və bu üzdən milli üzvünün heyətə qatılması flaqmanın idarəçiləri üçün prioritet hədəfdir. “Ağ-qaralar”ın yüksək maddi şərtlər fonunda uzunmüddətli əməkdaşlıq istəyi isə Ramil üçün yetərincə cəlbedicidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ramil #Şeydayev #Qarabağı #kluba #dəyişir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu