fbpx

Ramil Şeydayev və Musa Qurbanlı yubiley qollarını vurublar

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ”ın iki futbolçusu Ramil Şeydayev və Musa Qurbanlı yubiley qollarını vurublar.

Metbuat.az xəbər verir ki, bu, Premyer Liqanın XIX turuna təsadüf edib.

“Turan Tovuz”la görüşdə hesabı açan Qurbanlı Ağdam klubunun formasında 25-ci dəfə fərqlənib. 21 yaşlı hücumçu Premyer Liqada 22, Azərbaycan Kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb.

Bu matç həm də Qurbanlının “Qarabağ”da yubiley görüşü olub. 50-ci dəfə meydana çıxan forvard çempionatda 36, kubokda 5, avrokuboklarda 9 dəfə şans qazanıb.

“Turan Tovuz”la görüşdə ağdamlıların ikinci qoluna imza atan Ramil Şeydayev komandasında 30-cu dəfə fərqlənib. O, Premyer Liqada 23, kubokda 4, avrokubokda 3 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, “Qarabağ” səfər qarşılaşmasında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ramil #Şeydayev #və #Musa #Qurbanlı #yubiley #qollarını #vurublar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu