fbpx

Ramiz Rövşəndən Hacı Şahinə: “…Qıymadın bir kimsəni oyatmağa”

BEY.AZ informasiya agentliyi xəbər verir


Xalq Şairi Ramiz Rövşən bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişən ilahiyyatçı alim Hacı Şahin Həsənli haqqında başsağlığını hüznlü sözlərlə ifadə edib.

Metbuat.az Moderator.az-a istinadən Xalq şairinin Hacı Şahinlə bağlı dediklərini təqdim edir:

“Azərbaycanın ən ağıllı və səviyyəli din xadimlərindən biri olan Hacı Şahinin ölümü məni çox kədərləndirdi. Son statusunda mənim şeirimi paylaşmağından və dünyayla mənim misralarımla vidalaşmağından çox təsirləndim. Yeri behişt olsun. Ailəsinə, doğmalarına və bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm.

Günlər yarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
Hər keçən gündən iz qalır
Üzümdə cırmaq kimi.

Çətini yaşamaqdı,
ölmək nədi ki? Heç nə.
Son dəfə nəfəsini çəkib içinə
bir dərin suya baş vurmaq kimi.

Su içindən gəlir dünyaya insan,
Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan,
əcəl durub yol üstə qarmaq kimi.

…Qıymadın bir kimsəni oyatmağa,
Bu səhər üz tutub sübh əzanına –
getdin.
Bizdən ayrıldın daha,
Ən əziz dostun yanına getdin.
Daha nə dərdin?
yanında dostun var Allah kimi…





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ramiz #Rövşəndən #Hacı #Şahinə #Qıymadın #bir #kimsəni #oyatmağa

Bir Cevap Yazın

Başa dön tuşu