fbpx

“Rasim Balayevi məhv etmək mədəniyyətə qəsddir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Tanınmış teleaparıcı Elçin Əlibəyli Xalq artisti rasim Balayevin müdafiəsinə qalxıb.

Metbuat.az xəbər verir ki, aparıcı həmkarlarını da buna səsləyib. O, son günlər R.Balayevə qarşı aparılan kampaniyanın mədəniyyətə zərbə vurduğunu qeyd edib:

“Bu mövzuda yazmaq istəmirdim, çünki tamaşaçının Rasim Balayevə haqq etdiyi simpatiya, danılmazdır. Ancaq Rasim Balayevi gözdənsalma kampaniyası sosmed qeybətindən çıxıb, total miqyas alır deyə, həmkarlara onu qorumaq çağırışı edirəm. Rasim Balayev böyük aktyordur, hətta ən zəif alınan obrazda belə, ustalıq göstərib. Rasim Balayev həm də ləyaqətini, mənliyini, şəxsiyyətini hər zaman qoruyan şəxsdir! Bu illər ərzində nə xalqına, nə sənətə, nə kinoya xəyanət edib! Haqq etdiyi mükafatı və sevgini daşıyır! Son otuz ildə Rasim Balayev səviyyəsində aktyor yetişməyən ölkədə onu belə məhv etmək mədəniyyətə qəsddir! Yetər!”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rasim #Balayevi #məhv #etmək #mədəniyyətə #qəsddir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu