fbpx

Razi Əliyevanı döyən sevgilisi saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir



Vətəndaş Razi Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Razi #Əliyevanı #döyən #sevgilisi #saxlanıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu