fbpx

“Real”da böhran – Ançelotti verdiyi sözü tutmadı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Real Madrid”də xorvatiyalı ulduz Luka Modriçlə bağlı böhran müşahidə edilir.

Metbuat.az xəbər verir ki, əsas heyətdə yerini itirən futbolçu bundan razı deyil. Məlumata görə, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bundan əvvəl Modriçlə görüşüb və onun komandadakı rolunun dəyişməyəcəyinə zəmanət verib. Bundan sonra Modriç “Real Madrid”lə müqaviləsini yeniləyib. Məlumata görə, Ançelotti buna baxmayaraq verdiyi sözü tutmayıb. Xorvatiyalı ulduzun cari mövsümdə cəmi 3 dəfə ilk 11-likdə yer aldığı və bu vəziyyətin onu qane etmədiyi iddia edilib. Modriçin buna görə, klubdan ayrılmaq istədiyi irəli sürülür.

Modriçə Səudiyyə Ərəbistanı klublarından və “İnter Mayami”dən transfer təklifləri olduğu bildirilir. Modriçin “Real”la müqaviləsi mövsümün sonunda yekunlaşır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Realda #böhran #Ançelotti #verdiyi #sözü #tutmadı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu