fbpx

Reyhan ömrü uzadır – Gündə 3 dəfə 10 damcı…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Reyhan — qara-bənövşəyi, tünd-bənövşəyi, açıq-bənövşəyi və yaxud yasəmən rəngli yarpaqlan olan, kəskin, azca acımtıl tama malik ədviyyat bitkisidir. Reyhandan hələ çox qədim dövrlərdə Yunanıstan və Misirdə balzamlaşdırma məqsədləri üçün istifadə edilirdi. Qədim dövrün təbibləri belə söyləyirdilər ki, reyhan insanların kefini açır, onlann enerji qabiliyyətlərini yüksəldir, əqlini möhkəmləndirir və ömrünü uzadır.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, reyhanın yarpaqlarında zəngin vitamin kompleksləri və bioloji aktiv maddələr aşkar edilmişdir. Bunun tərkibindən kalsium, azot, fosfor, dəmir, mis və s. makro və mikroelementləri müəyyən edilmişdir. Xalq təbabətində reyhan vasitəsilə revmatizm, dəri və əsəb xəstəliklərini, epilepsiyanı müalicə edirlər. Müalicə məqsədləri üçün bitkinin bütün hissələrindən istifadə edilir. Toxumundan və otundan hazırlanan dəmləmə və cövhərlərindən xroniki qastrit, orqanizmin parazit qurdlardan təmizlənməsində, böyrək və sidik kisəsi soyuqdəymələrində, öskürək və göyöskürək zamanı daxilə qəbul edib müalicə olunurlar.

Reyhandan alınmış efir yağını pambığa hopdurub ağrıyan dişin üzərinə qoyub, ağzını aradan qaldırırlar. Bitkinin yarpaqlarını su ilə təmiz yuyub plastr kimi dəri səpmələrinin üzərinə yapışdırıb müalicə edirlər. Ağır fiziki və zehni iş zamanı yorğunluğu aradan qaldırmaq üçün reyhanın vannasından istifadə etməyi məsləhət görürlər.

Rüya tabirlerini burdan oku

Gingivit və stomatitdə; 5 xörək qaşığı doğranmış reyhandan götürüb 1 litr qaynar suya tökün və 1 saat dəmləyib süzün. Alınmış ekstraktdan gündə 2 dəfə ağzınızı yaxalayın, stəkanın 1/4 hissəsi qədər səhər və axşam qəbul edin. Bundan başqa ağız nahiyəsində baş verən iyi aradan qaldırmaq üçün bitkinin ədviyyəli yarpaqlarından çeynəyin. Gözə güc düşdükdə, yorğunluğu aradan qaldırmaq üçün; 2 xörək qaşığı quru otundan götürüb 0,5 litr qaynar suya töküb, soyuyana qədər dəmləyib süzün. Alınmış ekstraktla gözünüzü yuyun, konyuktivitdə isə islatma vasitəsi kimi istifadə edin.

Göbələk xəstəliklərinin müalicəsində; Yuyulub təmizlənmiş bir dəstə reyhanı kiçik hissələrə salıb sıyığını ahn. Sıyığı tənzifdən süzüb, alınan şirədən gündə 2 dəfə zədələnmiş nahiyənizə sürtün.

Dəridə olan gicişmə, qaşınma və allergiyaları müalicə etmək üçün; 2 xörək qaşığı qurudulmuş otundan götürüb 0,5 litr qaynar suya töküb, soyudub süzün. Ekstraktdan gündə 2-3 dəfə stəkanın 1/2 hissəsi qədər yeməkqabağı qəbul edin və həmçinin cövhərlə zədələnmiş nahiyələri silin.

Əsəb yorğunluğunun aradan qaldırılmasında, depressiyada; 1 xörək qaşığı qurudulmuş otunu 1 stəkan qaynar suya töküb 15-20 dəqiqə dəmləyib çay kimi için. Soyuqdəymədə. 2 xörək qaşığı reyhanın otundan götürüb 1 stəkan qaynar suya töküb 45 dəqiqə dəmləyib süzün. Dəmləməni kiçik porsiyalarla gün ərzində için.

Halsızlıq (potensiya) zamanı; 1 litr qırmızı çaxırın üzərinə 5 xörək qaşığı reyhan və boymadərən çiçəyi əlavə edib, 20 gün mütəmadi çalxalamaqla saxlayıb, süzün. Aldığınız məlhəmdən gündə 3 dəfe stəkanın 1/3 hissəsi qədər yeməkdən sonra qəbul edin. Bu cövhər orqanizmi möhkəmləndirdiyi üçün bundan kiçik yaşlı uşaqlara gündə 50 ml içirtmək məsləhət görürlür.

Epilepsiya zamanı; Reyhandan alınmış şirədən gündə 3 dəfə 10 damcı burnunuza damızdırın.

Bitkidən istifadə edən zaman bir az ehtiyatlı olmaq lazımdır. Belə ki, reyhandan hipertoniya, qan laxtalanması yüksək olan xəstələrin qəbul etməsi məsləhət görülmür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Reyhan #ömrü #uzadır #Gündə #dəfə #damcı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu