fbpx

Reyhanın bilmədiyimiz 6 faydası

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Reyhanın Azərbaycan mətbəxində xüsusi yeri var. Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların, yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı həmdə bir çox dərdin də dərmanıdır.

BEY.AZ saglamolun.az-a istiandən reyhanın bilmədiyiniz bütün faydalarını təqdim edir:

1. Reyhan qışda və eləcə də yayda orqanizm üçün çox vacib olan ümumi tonusu artırır.

2. Həzmi sürətləndirir. Qidanın tez həzm olunmasına şərait yaradır.

3. Vanna şəklində reyhan bitkisi sakitləşdirici təsirə malikdir.

4. Dəmləməsini öskürək zamanı içmək faydalıdır. Baş ağrısı və sidik yollarının iltihabı zamanı da istifadə edilir.

5. Reyhanın efir yağı bakterisid (bakteriya əleyhinə) təsirə malikdir.

6. Sinir xəstəlikləri zamanı reyhan çayı yaxşı təsir göstərir. 1 x/q xırdalanmış reyhanı 1 st qaynar suya tökün və 5-10 dəqiqə qaynadın. 3 dəqiqə saxlayın. Gündə 4 dəfə yeməkdən əvvəl 4/1 st qəbul edin.

7. Bu çay həm də qusmanın və ürəkbulanmanın qarşısını alır.

8. Hind farmaseftləri sübut ediblər ki, reyhan xərçəngin əsas yaranma səbəblərindən olan sərbəst radikalları orqanizmdən çıxararaq onu qoruyur.

9. Bir neçə quru reyhan budağını paltar şkafına yerləşdirsəniz o zaman pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını alacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Reyhanın #bilmədiyimiz #faydası

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu