fbpx

Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat başlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanıb.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən xəbərə görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 2 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 13-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rezidenturaya #qəbul #imtahanı #üçün #qeydiyyat #başlandı

Bir Cevap Yazın

Başa dön tuşu