fbpx
Xəbərlər

RİNN-də Massaçusets Texnologiya Universitetinin təqaüdünü qazanan şagirdlə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Massaçusets Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanmış Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynovla görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşavirləri Fərid Əhmədov, Rəşad Bayramov və “AzInTelecom” MMC-nin İdarə Heyətinin üzvü İnarə Vəliyeva iştirak ediblər.

İştirakçılar şagirdi dünyanın top universitetlərindən olan Massaçusets Texnologiya Universitetinin təqaüdünü qazanması münasibətilə təbrik edib, ona təhsil həyatında uğurlar arzulayıblar.

Qeyd edilib ki, Azərbaycan gənclərinin bu kimi uğurlara imza atması qürurvericidir və gəncliyimizin yüksək intellektual potensiala malik olduğunu göstərir.

Görüşdə Salman Hüseynova gələcəkdə nazirliyin qurumlarında təcrübə keçmək imkanı yaradılacağı bildirilib və onun ölkəmizin rəqəmsal inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Salman Hüseynov səmimi qəbula, göstərilən diqqətə görə minnətdarlığını bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu