fbpx

Roma Papası Buçadan göndərilən Ukrayna bayrağını öpdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Roma Papası Fransisk Ukraynanın Buça şəhərindəki vəhşiliyi pisləyib və Rusiyanın hərbi təcavüzündən əziyyət çəkən Kiyev vilayətindəki şəhərdən ona göndərilən Ukrayna bayrağını qaldırıb.

Metbuat.az xəbər verir ki, Ukraynanın üzərində yazı və rəmzləri olan qaralmış və ləkələnmiş bayrağının ona ötən gün Buçadan gətirilib. O, “Müharibədəndir, bu qəhrəman şəhərdən, Buçadandır” deyərək minlərlə tamaşaçı qarşısında alqışlarla qarşılanan bayrağı öpüb.

Roma Papası dinc əhaliyə, müdafiəsiz qadınlara və uşaqlara qarşı vəhşiliyi pisləyərək Ukraynada müharibəni dayandırmağa çağırıb. P

Papa daha sonra bir qrup ukraynalı qaçqın uşağın yanına gəlməyini xahiş edib və hər birinə şokoladlı Pasxa yumurtası verib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu