fbpx

Ronaldo “Mançester Yunayted”dən ayrılır?

BEY.AZ informasiya agentliyi xəbər verir

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo klubu tərk edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı hücumçu yeni baş məşqçi Erik ten Haqın oynadacağı futbola uyğun gəlmir. “Mançester Yunayted”in gələn mövsüm Çempionlar Liqasında oynamayacağını nəzərə alsaq, hücumçunun agenti Jorje Mendeş oyunçu üçün yeni klub axtarmaqla məşğuldur.

Ronaldo ilə “Roma” və “Sportinq”in maraqlandığı vurğulanıb. Ancaq İtaliya təmsilçinin feyr-pley problemləri, o cümlədən Avroliqada oynayacağı bu transferin qarşısını ala biləcəyi iddia olunub.

Qeyd edək ki, Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 qolun ötürməsini verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu