fbpx

Ronaldoya GÖZLƏNİLMƏZ TƏKLİF: “Tarixi tandem” baş tutmadı

BEY.AZ informasiya agentliyi xəbər verir

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Paris Sen-Jermen”in yüksək məbləğdəki təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb. Məlumata görə, Ronaldo əvvəlcə klubundan ayrılmaq istəyib. “Paris Sen-Jermen” klubundan gələn təklif də onu cəlb edib. Lakin Erik ten Haq ingilis klubuna baş məşqçi təyin olunandan sonra Ronaldo fikrini dəyişib. Onun “Mançester Yunayted”də qalması ilə bağlı qəti qərar verdiyi irəli sürülür.

Qeyd edək ki, “Paris Sen-Jermen”in Neymarı satmaq istədiyi və onun yerinə hücumçu axtardığı bildirilir. Fransız klubunun rəhbərliyinin Ronaldonun Lionel Messi ilə birlikdə oynaması üçün istəkli olduğuna dair mediada məlumatlar yayılmışdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu