fbpx

Roza Zərgərlidən geyiminə irad tutanlara cavab: “Çadra bağlamalıyam?”

BEY.AZ informasiya agentliyi xəbər verir


Müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, o, övladlarının şou –biznes adamları ilə evlənməsini istəməyən sənətkarlara qarşı çıxış edib:

“Məni danışmağa vadar etməyin. Özüm şou-biznesdən olan kişi ilə ailə quraram, bu aləmdən evimə gəlin də gətirərəm, qızımı da ərə verərəm. Bu sahədən yaxşı sahə yoxdur”.

Müğənni həmçinin geyimlərini qınayanlara sərt cavab verib.

“Şou-biznesdəki ailələr tərbiyəlidir. Çünki biz cəmiyyət qınağından qorxuruq və hər şeyi gizli edirik. Verilişlərin birinə sinəaçıq libas geyinmişdim. “Instagram”da yazdılar ki, “Bu utanmır, yekə arvaddır, pencəyin arasında sinəsi görsənir”. Başıma çadra bağlayıb, gəzməliyəm? Mən müğənniyəm”,- deyə o bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Roza #Zərgərlidən #geyiminə #irad #tutanlara #cavab #Çadra #bağlamalıyam

Bir Cevap Yazın

Başa dön tuşu