fbpx

Rubl “komada”: Dollar isə tapılmır – Ruslar gecə vaxtı bankomatlara hücum etdilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyada nağd pul bazarında dolların dəyəri yeni zirvələrə çatıb.

Metbuat.az “banki.ru” saytının monitorinq məlumatlarına əsasən xəbər verir ki, martın 9-da səhər saatlarına olan məlumata görə, valyutadəyişmə məntəqələrində dollar 190 rubl səviyyəsinə çatıb. Hazırda Rusiya Federasiyasında bir çox valyutadəyişmə məntəqələrində valyuta qurtarıb, boş olduğu üçün açılmır. Çünki Rusiya Bankı “mövcud vəziyyətə görə” səhmlərin ticarətini açmamağa qərar verib.

Qeyd edək ki, sosial şəbəkələrdə Moskvada gecə saatlarında bankomatların qarşısında sonsuz növbələrin yaranması ilə bağlı görüntülər yayılıb. Bu da vəziyyətin ciddi olduğuna əyani sübutdur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu