fbpx

Rublla bağlı mühüm qərar verildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Oktyabrın 27-də Rusiya Mərkəzi Bankı illik uçot dərəcəsini 13 faizdən 15 faizə yüksəltdi.

BEY.AZ xəbər verir ki, Bankın digər açıqlamasında Rusiyada 2023-cü ildə infilyasiya proqnozunun 6-7 faizdən 7-7.5 faizə yüksəldiyi bildirilib.

Artıq dördünü dəfədir ki, Rusiyada uçot dərəcəsinin artımı ilə bağlı qərar verilir. Rusiyada maliyyə analitikləri hesab edir ki, uçot dərəcəsinin 15%-ə qaldırılması qərarı borclanma xərclərinin artması səbəbindən istehlak kreditləşməsi bazarının soyumasına gətirib çıxaracaq. Bu da bank depozitlərinin cəlbediciliyini artıracaq. Nəticədə, idxala tələbat da azalmaqla bərabər Rusiya valyutasının ilin sonuna qədər bir dollar üçün 75-80 rubla qədər möhkəmlənməsinə səbəb olacaq. Lakin belə yüksək göstərici yalnız ÜDM-in azalması və inflyasiyanın artması ilə deyil, həm də işsizliyin artmasına da gətirə bilər.

İqtisadçılar qeyd edir ki, ümumiyyətlə məzənnə 20%-ə qaldırılsa, 5%-ə endirilsə belə, hazırda rubl üçün qlobal fərq yoxdur. Çünki nə dollar 70 rubla düşməyəcək nə də Amerika valyutasının isə 110-a qalxmasına imkan verilməyəcək.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Rublla #bağlı #mühüm #qərar #verildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu