fbpx
Xəbərlər

Rublun taleyi ilə bağlı vacib XƏBƏRDARLIQ


Rusiyada yeni devalvasiya dalğası gəlir.

BEY.AZ “Banki.ru” portalına istinadən xəbər verir ki, bunu analitik Aleksandr Potavin bildirib. Onun sözlərinə görə, rusların gəlirlərinin və əmanətlərinin amortizasiyası üçün ən çox ehtimal olunan vaxt çərçivəsi bu ilin aprelindən may ayına qədər olan dövrdür.

Ekspert qeyd edib ki, Rusiya milli valyutasını sabit mövqedə saxlayacaq əsas amil Mərkəzi Bankın siyasəti və onun məzənnəsini sabitləşdirmək üçün monetar orqanların atacağı addım olacaq.

“Yaxın aylarda dollar 90-95 rubl ətrafında ticarət edəcək. Bununla belə, artıq aprel ayında Rusiyada böyük ehtimalla rublun devalvasiyası başlaya bilər. Artıq cari ilin aprelində rusların gəlirləri və əmanətləri ucuzlaşacaq. Bu, Mərkəzi Bankdan rubla dəstək tədbirlərinin sona çatması səbəbindən baş verəcək. Qarşıdan gələn devalvasiyadan qorunmaq üçün vətəndaşlar əmanətlərinin bir hissəsini qızıla köçürməlidirlər”, – deyə iqtisadçı bildirib.

Gülbəniz Hüseynli / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu