fbpx

“Rus bölməsində şagirdlərin Azərbaycan dili bilikləri yetərli deyil”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rus bölmələrində və tədrisi digər dillərdə aparılan təhsil müəssisələrində Azərbaycan dilinin keyfiyyətinə diqqətin aparılması üçün işlər qururuq. Birinci istiqamətdə Azərbaycan dilinin saatları artırılır”.

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib:

“İkinci istiqamətədə müvafiq fənləri Azərbaycan dilində tədris edəcəyik. Çünki Azərbaycan tarixini və ya ədəbiyyatını azərbaycanlı uşaq öz dilimizdə öyrənməlidir. Bu istiqamətdə Azərbaycan dilinin saatları artırılır. “Zəfər tarixi” və hərbi fənlər də Azərbaycan dilində tədris olunacaq. Xüsuilə, yuxarı sinifdə dərs alan şagirdlərin Azərbaycan dili biliyi yetərli deyil.

Üçüncü istiqamətimiz isə bu məktəblərdə monitorinq apararaq uşaqların bu fənni mənimsəmələri ilə bağlı məktəbin məsuliyyətli olmalarını və bu istiqamətdə işlərini genişləndirməkdir. Bəzən görürük ki, 9 il rus bölməsində uşağa Azərbaycan dili tədris olunub, müəllim maaş alıb, amma uşaq Azərbaycan dilində danışa bilmir. Bunun səbəblərini araşdırmaq istəyirik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rus #bölməsində #şagirdlərin #Azərbaycan #dili #bilikləri #yetərli #deyil

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu