fbpx

Rus helikopteri Yaponiya sərhədini pozdu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya ordusunun helikopteri Yaponiyanın şimalındakı Hokkaydo adasının sahillərində ölkənin hava məkanını pozub.

BEY.AZ xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat verib. Bəyan edilib ki, Rusiya helikopteri Hokkaydonun şərqindəki Nemuro yarımadası yaxınlığında Yaponiyanın hava məkanına daxil olub. Hava məkanının pozulmasından sonra Yaponiyanın Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri müdaxilə uçuşu həyata keçirib.

Yaponiya hökuməti hava məkanının pozulması ilə bağlı diplomatik kanallar vasitəsilə Moskva administrasiyasına etiraz notası göndərib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Rus #helikopteri #Yaponiya #sərhədini #pozdu

Bir Cevap Yazın

Başa dön tuşu