fbpx

Rus qoşunları Xersona girdi – Şəhər ərazisində yüzlərlə meyit var / VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Rus hərbiçiləri bir gün əvvəl girdiyi Xersonda indi çay limanını və dəmiryol vağzalını ələ keçiriblər.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Açıqlamaya görə, dünən gecə şəhərdə sakitlik olsa da, ancaq tək-tək atışma səsləri eşidildi.

Xerson şəhərinin meri İqor Kolıxayev Ukrayna prezidentindən “şəhər ərazisində yüzlərlə meyiti toplamaq” üçün “yaşıl dəhliz” təşkil etməyi xahiş edib. O həm də Xersonda yemək qıtlığı yaşadığını vurğulayıb.

Kolıxayev qeyd edib ki, həm hərbçilər, həm də mülki əhali arasında ölən və yaralananlar var. Təsdiqlənməmiş məlumata görə, şəhərdə Təhlükəsizlik Xidmətinin binası atəşə tutulub, bundan sonra orada yanğın başlayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu