fbpx

Rus rublu kəskin ucuzlaşdı – SON VƏZİYYƏT

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 28-də rubl tarixində ən aşağı səviyyəyə düşüb.

Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, bazar ertəsi səhər saatlarında Rusiya rublu dollar qarşısında təxminən 29% ucuzlaşıb. Analitiklər bu vəziyyəti Kremlin Ukraynaya müdaxiləsinə qarşı artan reaksiya fonunda Qərb dövlətlərinin Rusiyanı cəzalandırmaq üçün tətbiq edilən sanksiyaların təsiri kimi qiymətləndirlər. “Bloomberg”in məlumatına görə, Rusiya rublu dollar qarşısında 117,81-ə bərabər olub.

Son günlər tədricən ucuzlaşan rus rublu fevralın 28-də manat qarşısında da kəskin dəyər itirib. Mərkəzi Bankın bu günə açıqladığı rəsmi məzənnələrə əsasən 1000 rus rublu cəmi 15,7 manatdır. Qeyd edək ki, fevralın 25-də 1000 rus rublunun məzənnəsi 22 manat idi, başqa sözlə bir gün ərzində rusiya milli valyutası manat qarşısında 21% dəyər itirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu