fbpx

Rusiya-Azərbaycan arasında bəyannamə imzalansa biz bunu pisləyə bilmərik

BEY.AZ informasiya agentliyi xəbər verir


“Düşünürəm ki, Şuşa bəyannaməsini qınamaq iki səbəbə görə formal xarakter daşıyacaq. Birinci səbəb odur ki, biz rəsmi şəkildə bizə aidiyyatı olmayan bəyannaməni qınasaq da o bəyannamə gücünü itirməyəcək. İkinci səbəb odur ki, Rusiya ilə Azərbaycan arasında geniş hərbi-iqtisadi əməkdaşlıq memorandumu imzalansa, biz yenə də bunu pisləyərsək o zaman ikili standartları rəhbər tutduğumuz üzə çıxacaq”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Hrparak”a erməni politoloq Armen Bağdasaryan edib. Politoloq xatırladıb ki, Ermənistan Milli Məclisin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılan Şuşa bəyannaməsi pislənilsə də hətta buna qarşı yeni qanun layihəsinin hazırlanması təklif edilsə də istənilən halda müxalifətin təqdim etdiyi mətn dəyişdirilib başqa cür təqdim oluna bilər.

“Burada narahatlıq doğuran digər məqam Zəngəzur dəhlizinin ifadəsi və Ermənistanın ərazi bütövlüyü ilə bağlı digər məsələlər idi. Problem deyilənlərin doğru olub-olmamasında deyil. Problem ondadır ki, Milli Məclis bunu qəbul etmədiyindən Xarici İşlər Nazirliyi də bu qanuna istinad edib məsələni daha geniş miqyasda diqqətdə saxlaya bilməyəcək”.

Qeyd edək ki, Ermənistan Milli Məclisin Xarici Əlaqələr Komitəsində müxalifətin Şuşa bəyannaməsini pisləyən bəyanatı müzakirə olunub. Hökumət qanun layihəsinin təsdiqi ilə bağlı səsvermədə bitərəf qalıb. Nəticədə müxalifətin komitədə səs sayı az olduğu üçün qanun layihəsi qəbul edilməyib və Milli Məclisin plenar iclasında da müzakirəyə çıxarılmayacaq.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu