fbpx

Rusiya Belarus ərazisindən Kiyevə hücum etməyə hazırlaşır

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya hərbi texnikası Belarus sərhədinə yaxınlaşır. Yəqin ki, təcavüzkar yenidən Ukraynanın paytaxtına soxulmağa cəhd edəcək.

Metbuat.az xəbər verir ki, “Kiyev INFO” “Telegram” kanalı Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenkova istinadla məlumat yayıb.

Müşavirin sözlərinə görə, Rusiya ordusu Kiyev şəhərinə növbəti hücum cəhdini həyata keçirmək üçün müəyyən qüvvələrlə Ukrayna ərazisinə soxulmağa çalışacaqlar.

Denisenko onu da xatırladıb ki, martın 19-da Belarus diplomatları Ukraynanı tərk ediblər. O, bunu “həyəcan siqnalı” adlandırıb, lakin Ukraynanın yeni işğal halında özünü müdafiə etməyə hazır olduğunu bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu