fbpx

Rusiya Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.

Metbuat.az-ın xəbərinə görə, D.Peskov Ermənistanın “NEWS.am” saytına açıqlamasında A.Qriqoryanın fikirlərinə münasibət bildirib.

“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, – Kreml sözçüsü vurğulayıb.

D.Peskovun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: “Rusiyanın rəsmi şəxslərindən heç kim, heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.

Xatırladaq ki, A.Qriqoryan “Azadlıq” radiosuna müsahibə verib. O deyib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhlükəsizlik Şurasının katibi daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #Ermənistan #Təhlükəsizlik #Şurasının #katibini #təxribatçı #adlandırdı

Bir Cevap Yazın

Başa dön tuşu