Rusiya Fransanın Ermənistana silah satmasına münasibət bildirdi
Fransa Cənubi Qafqazda növbəti eskalasiya mərhələsini təhrik edir.
BEY.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, CAESAR haubitsalarının Ermənistana tədarükünə dair saziş bunu təsdiqləyir.
“Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından yalnız öz fürsətçil məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır. Öz fürsətçi məqsədləri dedikdə təkcə Fransanın öz milli maraqlarını nəzərdə tutmuram, həm də NATO ideologiyasının vasitəçisi olan Fransanı nəzərdə tuturam”, – M.Zaxarova deyib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |