fbpx
Xəbərlər

“Rusiya ilə 10 il mübarizə apara bilərik”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik”.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Kiyev Moskva ilə diplomatik dialoqa hazırdır, lakin belə bir söhbət Rusiyanın ultimatumlarına əsaslanmamalıdır.

“Belə bir söhbət nə qədər tez başlasa, bir o qədər az adam öləcək. Şanslar hər gün azalır. Buça, Volnovaxa, Borodyanka, Mariupol haqqında düşünün. Elə vaxt gəlir ki, heç kim danışmaq istəmir. Cəmiyyətimiz danışıqları davam etdirməyimizi istəmir”, – deyə prezident vurğulayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu