fbpx
Xəbərlər

Rusiya İrana təlim-döyüş təyyarələri verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya istehsalı olan “Yak-130” təlim-döyüş təyyarələri İrana çatdırılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın “Yak-130” təyyarələri İrana gətirilib və bu ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarını idarə edəcək yeni pilotların hazırlanmasında istifadə olunacaq.

Agentlik İrana nə qədər təyyarənin gətirildiyi barədə məlumat verməyib. Rəsmi qurumlar “Yak-130”un ölkəyə gətirilməsini hələlik təsdiqləməyib.

Qeyd edək ki, “Yak-130”, 4-cü və 5-ci nəsil təyyarələrdə uçuş heyətinin pilotluğu və döyüş hazırlığı üçün nəzərdə tutulmuş iki yerlik reaktiv döyüş hazırlığı təyyarəsidir. Çevik proqram təminatı “Yak-130”a müxtəlif təyyarələrin, o cümlədən ağır “Su-35S” və “Su-57” qırıcılarının havada davranışını simulyasiya etməyə imkan verir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #İrana #təlimdöyüş #təyyarələri #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu