fbpx

Rusiya istehsalı olan dərmalar satışdan niyə yığışdırılıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


“İstənilən halda dərman bazarında ölkədə qeydiyyatdan keçmiş və istehsal keyfiyyətinə əminlik olan dərman maddələri olmalıdır”.

Metbuat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla ucuz Rusiya istehsalı olan dərmanların əksəriyyətinin satışdan yığışdırılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Professor hesab edir ki, birinci məsələ qiymətdən çox keyfiyyət parametrləridir:

“İkincisi, indiki dövrdə əhalinin gəlirlərinə uyğun olaraq dərman maddələrinin qiymətlərinə müdaxilə olunmalıdır. Digər tərəfdən də İcbari Tibbi Sığorta paketinə daxil olan dərman maddələrinin hər biri ictimaiyyətə açıq olmalıdır. Bu məsələ ilə bağlı çox görüləsi tədbirlər var. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görüləcək xeyli tədbirlər var ki, dərman maddələri də onlardan birincisidir”.

Adil Qeybula bildirib ki, dərmanların qiymətlərinin tənzimlənməsi, əhali üçün əlçatan olması, keyfiyyətinin yüksəldilməsi əsas şərtlərdəndir:

“Dərman bazarında bir xaotik vəziyyət hökm sürür. Dərman vasitələri ilə məşğul olan İnnovasiya Mərkəzi yenidən strukturlaşdırılır. Yəqin ki, bu məsələlər tamamilə yenidən qurulacaq”.

Həkim-infeksionist Namiq Nəbiyevin sözlərinə görə, virus əleyhinə dərmanlar hec vaxt ucuz qiymətə olmayıb:

“Əksinə, mən əvvəlki illərlə müqayisədə qiymətlərin ucuzlaşdığının şahidi olmuşam. Ancaq dərmanların az tapılmasının səbəbi isə əhali arasında yoluxmaların cox olması ilə əlaqədardır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu