fbpx

Rusiya nüvə müharibəsinə hazırlaşır? – Politoloq şərhi


“Rusiya üçün çətin aylar başlayır. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edib, hücumları artıracaq”.

Bunu BEY.AZ-a politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Qərbin Ukraynaya verdiyi silahları ABŞ və alman hərbçilər idarə edir:

“Ukraynada döyüşmək üçün legioner qruplarda hücum əməliyyatlarını gözləyir. İyunda İsveçrədə başlayacaq Ukrayna üçün sülh forumuna kimi Rusiya ordusuna ciddi zərbələr vurulması planlaşdırılır. Bundan sonra, Rusiyanın yeni ərazilər işğal etməsi çətinləşəcək”.

Politoloq hesab edir ki, Rusiya və Ukrayna danışıqları yaxın perspektivdə bu mümkün deyil:

“Ümumiyyətlə, Rusiya Ukrayna müharibəsinin danışıqlarla həll yolu gözlənilmir. Çünki Qərblə Rusiya arasında hərbi konfontrasiya birinin məğlubiyyəti ilə nəticələnməlidir. Artıq Qərbin bu qədər müharibəyə vəsait xərcəkdikdən sonra, geri çəkilməsi mümkün deyil. Rusiyanı Ukraynada ağır məğlubiyyət gözləsə də, bunun nüvə müharibəsinə keçməsi ehtimal edilmir”.

Gülbəniz Hüseynli / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin