fbpx

Rusiyada magistral qaz kəmərində güclü partlayış

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Çuvaşiya Respublikasında Urenqoy – Pomarı – Ujqorod magistral qaz kəmərində partlayış baş verib.

Metbuat.az Rusiya mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə nəhəng alov və tüstünün, yanğın yerinin yaxınlığında yerləşən yaşayış binalarına yaxın olduğu müşahidə edilib. Yanğının səbəbi barədə açıqlama verən Çuvaşiyanın rəhbəri Oleq Nikolayev bildirib ki, qaz kəmərində partlayış iş zamanı baş verib.

Onun sözlərinə görə, qaz partlayışından sonra təcili yardım və fövqəladə xidməti gələrək hadisəyə müdaxilə ediblər.

“Problemlərin aradan qaldırılması, ştat rejimində işin bərpası və bütün lazımi işlərin görülməsi üçün bütün operativ tədbirlər görüləcək”, – Nikolaev bildirib.

Qeyd edək ki, ötən əsrin 80-ci illərində tikilən bu kəmər Ukraynadan keçməklə Qərbi Sibirdən Avropaya qaz verirdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyada #magistral #qaz #kəmərində #güclü #partlayış

Bir Cevap Yazın

Başa dön tuşu