fbpx

Rusiyanın Estoniyadakı səfiri XİN-ə çağırıldı

BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya səfiri Vladimir Lipayev Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiya Prezidenti Vladimir Putinin ölkənin Narva şəhəri ilə bağlı fikirləri olub.

“Səfirlə görüşən dövlət katibinin müavini Reyn Tammsaar Prezident Putinin bəyanatından, o cümlədən Estoniyanın Narva şəhəri ilə bağlı şərhindən təəssüfləndiyini bildirib”, – XİN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, ötən gün I Pyotrun hərbi kampaniyalarından danışan Rusiyanın dövlət başçısı odövrkü hadisələrlə Ukraynadakı müharibə ilə paralellər aparıb:

“Orada qədim zamanlardan fin-uqor əhalisi ilə birlikdə slavyanlar da yaşayırdılar. Üstəlik, bu ərazi Rusiya dövlətinin nəzarəti altında idi. Eyni şey qərb istiqamətində də belə olub, bu, Narvaya aiddir. Qaytarıb və gücləndirib (V.Putin I Pyotrun hərbi kampaniyalarını nəzərdə tutulub – red.). Görünür, qaytarıb və gücləndirmək bizim də payımıza düşüb (Ukrayna barəsində – red.)”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu