fbpx
Xəbərlər

Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir

Bu gün günorta saatlarında Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib.

Metbuat.az xəbər verir ki, “Yeltsin mərkəzi”nin icraçı direktorunun birinci müavini Lyudmila Telen bu barədə TASS-a bildirib.

Burbulisin sağlam olduğu, xəstəliyinin olmadığı qeyd olunub. Siyasətçinin paytaxt hotellərinin birində saunada olarkən vəfat etdiyi iddia olunur.

Qeyd edək ki, Gennadi Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub. 1991-1992-ci illərdə baş nazirin birinci müavini vəzifəsində çalışıb, Rusiyanın birinci prezidenti Boris Yeltsinin yaxın adamı olub.

O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejskaya müqaviləsinin hazırlanmasında iştirak edənlərdən biri olub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu