fbpx

“Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərini dayandırmaq niyyətindəyik”

BEY.AZ informasiya agentliyi xəbər verir



G7 Rusiyaya Ukrayna ətrafındakı vəziyyətə görə tətbiq edilən sanksiyalardan yayınaraq Kiyevə lazım olduğu qədər dəstək verməyi planlaşdırırlar.

Metbuat.az xəbər verir ki, bu barədə şənbə günü Niiqatada keçirilən G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

“Biz sanksiya tədbirlərimizdən yayınmağa və pozmağa yönəlmiş istənilən cəhdlərə müqavimət göstərməyə hazırıq. Biz lazım olduğu müddətdə Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Gələcəkdə zərurət yaranarsa Rusiya ilə digər ölkələr arasında transsərhəd əməliyyatlara nəzarət etmək üçün koordinasiyanı gücləndirməyə davam edəcəyik,”, – deyə sənəddə deyilir.

Bundan əlavə, maliyyə nazirləri və G7 mərkəzi banklarının rəhbərləri Ukrayna ətrafındakı vəziyyətin yaratdığı qlobal iqtisadi problemlərin həlli üçün beynəlxalq əməkdaşlığı təşviq etməkdə qərarlı olduqlarını qeyd ediblər.

Xatırladaq ki, Mayın 19-dan 21-dək G7 sammiti Xirosimada keçiriləcək. Sammitə həmçinin Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderlərinin də iştirakı gözlənilir.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyanın #sanksiyalardan #yayınmaq #cəhdlərini #dayandırmaq #niyyətindəyik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu