fbpx

Rusiyanın Ukraynanı işğalının yeddinci günüdür

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Ukraynaya təcavüzü yeddinci gününündə, Rusiya qüvvələri Kiyev və digər şəhərlərdə hücumlarını gücləndirib.

Metbuat.az hadisələrin ən mühüm xronologiyasını təqdim edir.

Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində Kiyevdə televiziya qülləsi uçub, 5 nəfər həyatını itirib. Daxili işlər nazirinin müşaviri Anton Geraşenko Telegram kanalına verdiyi açıqlamada Kiyevin qərbindəki Jitomir şəhərindəki evlərin yaxınlıqdakı aviabazanın hədəf alındığını və 4 nəfərin öldüyünü açıqlayıb.

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkov çərşənbə axşamı ən azı 11 nəfərin öldürülməsindən sonra daha güclü bombardmanlara məruz qalıb. Şəhərdə çəkilmiş videoda partlayışdan sonra pəncərəsiz evlər, aşmış ağaclar və elektrik xətlərinin dağıldığı əks olunub.

Bundan başqa ABŞ hava məkanını da Rusiya üçün bağlayıb. ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, o, Qərbi parçalaya bilməz.

Digər tərəfdən, Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri bu gün ikinci danışıqlar masasına oturacaqlar.

Kremlin sözçüsü Dmitri Peskov, “Rusiya və Ukrayna nümayəndə heyətləri birbaşa danışıqlarda görüşür, vasitəçiyə ehtiyac yoxdur” deyib.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Xarkov və cənubdakı Xerson və Mariupol şəhərlərinin ruslar tərəfindən mühasirəyə alınacağı ehtimal edilir.

Rusiyanın Ukrayna paytaxtında hədəfləri vurmağı planlaşdırdığı bir vaxtda minlərlə insan Kiyevi tərk etməyə çalışır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 680 mindən çox insan başqa ölkələrə sığınıb.

Beynəlxalq Ədalət Məhkəməsi Rusiya və Ukrayna arasında soyqırım iddiaları ilə bağlı 7 və 8 mart tarixlərində dinləmələr keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, BVF və Dünya Bankı Ukraynaya 3 milyard dollarlıq dəstək paketi vəd edib.

Texnologiya nəhənglərindən sayılan “Apple” Rusiyada bütün məhsul satışlarını dayandıracağını bildirib. Bununla yanaşı “Boeing” şirkəti də Rusiyaya istiqamətlənən sərt addımlardan birini ataraq , Moskvada “əsas əməliyyatları” və “Rusiya hava yolları üçün hissələr, texniki xidmət və texniki dəstək xidmətlərini” dayandırdığını söyləyib.

Gülbəniz Hüseynli / Metbuat.az





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin