fbpx

Rusiyaya qarşı sanksiyalar bizi təhdid etmir

BEY.AZ informasiya agentliyi xəbər verir



Qazaxıstan xarici işlər nazirinin müavini Almas Aydarov bildirib ki, ölkə üzərindən daşınan yüklər izlənilir və ona görə də Rusiyaya qarşı sanksiyalar onları təhdid etmir.

Metbuat.az xəbər verir ki, Aydarov Astanada mətbuat konfransında Rusiyaya verdiyi dəstək səbəbindən ABŞ-ın Qırğızıstana qarşı hazırladığı ikinci dərəcəli sanksiyaların Qazaxıstan üçün də təhlükə olub-olmaması ilə bağlı sualları cavablandırıb. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başladığı andan etibarən ölkəsi Qərblə birbaşa dialoq aparıb.

“Sanksiyalardan yayınmaq üçün heç bir xüsusi addım atmadığımızı bildirmişdik, ancaq Rusiya ilə ənənəvi iqtisadi əlaqələrimizi də davam etdirdik. Rusiyaya məhsul tədarük edərkən sanksiyaları pozmamaq üçün hər zaman Qərblə danışıq aparırıq” – Almas Aydarov deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Rusiyaya #qarşı #sanksiyalar #bizi #təhdid #etmir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu